Saatlı rayonunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib-FOTO

0
1242
18 mart 2023-cü il tarixdə Saatlı rayon İstirahət Parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.
Qanunla.Az xəbər verir ki, tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ilk öncə Novruz Bayramı ilə əlaqədar Peşə Təmayüllü Siniflərin Təşkili Layihəsinin (Saatlı, Sabirabad, Şirvan üzrə) sərgi-satış-yarmarkasına, Tarix-diyarşünaslıq muzeyinin və Dövlət Rəsm Qalereyasının hazırladıqları Azərbaycan xalqının tarixi adət-ənənələrindən bəhs edən yaradıcılıq nümunələri, maddi-mənəvi irsimizə aid olan sənətkarlıq əsərləri sərgisinə baxış keçirdilər. Bayram tədbirində təşkil edilən musiqili-əyləncəli tamaşalarla yanaşı, musiqiçilərin ifasında baharın gəlişini tərənnüm edən biri-birindən gözəl nəğmələr, rəqs nümunələri təqdim olundu.
image-336889496_736437941350108_8035067325492848083_nimage-336807438_1415669905909292_2382811756389867045_nimage-336804553_468538262068690_1539304087264728339_nimage-336679853_204474258937326_4512688504201681885_nimage-336769578_6019160964814510_2588835683492678084_nimage-336681857_894158931868664_1818638763342167161_nimage-336684520_754430736146434_2536465884979931523_nimage-336772060_596025009059921_735555172090597_nimage-336675294_153815057562992_8251380631633505511_nimage-336774372_1094146264874473_5844182688356449072_nimage-336678176_2573022089512524_4505960799531255403_nimage-336671960_1824868464576015_6973829299144499633_nimage-336866241_535256992005129_554711897262330186_nimage-336676591_1252413392377886_8060180253064323077_nimage-336717005_542926061159693_3434700431929381141_nimage-336873547_600579958589081_1783179012065231520_n