Saakashvili Odessa vilayətinin qubernatorluğundan istefa verdi

0
579

11Mixeil Saakashvili Ukraynanın Odessa vilayətinin qubernatorluğundan istefa verdi.

O bunun səbəbini, regionda baş alıb gedən korrupsiya ilə izah edib və şəxsən prezident Petro Poroshenkonu regiondakı korrupsiyalaşmış klanları dəstəkləməkdə günühlandırıb.

Amma Saakashvili korrupsiya ilə mübarizədə yeni mübarizəyə başlayacağını bildirib. O deyib ki, Odessada inkişaf, yalnız Kiyevi korrupsiyaçılardan azad edildikdən sonra mümkündür.

Bundan bir az əvvəl vilayət polis idarəsinin rəhbəri Georgi Lortkipanidze də istefa verib. Bu ilin mayında isə onun digər tərəfdaşı-Daxili İşlər nazirinin müavini Eko Zquladze istefa verib.

2013-cü ilədək Gürcüstan prezidenti olan Saakashvili 2015-ci ilin yazında Ukrayna vətəndaşlığı alıb, mayın 30-da isə Poroshenkonun təşəbbüsü ilə Odessa vilayətinə qubernator təyin olunub.

Ölkəsində onun özünə qarşı da bir neçə cinayət işi açılıb.

BIR CAVAB BURAXIN