Şəmkirdə Vüqar Həşimovun xatirə turnirinə yekun vuruldu

0
563
 

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan IV şahmat turnirinin yekun turu keçirilib.

Sonuncu – doqquzuncu turda yarışın lideri, həmyerlimiz Şəhriyar Məmmədyarov bolqar şahmatçı Veselin Topalovla qarşılaşıb. Görüş heç-heçə başa çatıb və xallarının sayını 5,5-ə çatdıran Şəhriyar xatirə turnirinin qalibi olub.

Digər həmyerlimiz Teymur Rəcəbov isə mükafatçılar arasında yer ala bilməyib.

Onu da qeyd edək ki, bu, Şəhriyar Məmmədyarovun Şəmkir yarışında ardıcıl ikinci qələbəsidir. 2014 və 2015 illərdə keçirilən ilk iki yarışda 1-ci yeri tutan norveçli dünya çempionu Maqnus Karlsen Şəmkirdəki son iki tunirdə iştirak etməyib.

BIR CAVAB BURAXIN