Səməd Vurğunun gəlininin başına oyun açdılar

0
579

Azərbaycanın Xalq şairi Səməd Vurğunun gəlini – paytaxtın Fikrət Əmirov küçəsi bina 1, blok 1, mənzil 32-də yaşayan Nəmidə Vəkilova fırıldaqçılıqla üzləşib.

 

Publika.az xəbər verir ki, Nəmidə Vəkilova 2012-ci ilin yayında Həsən Əliyev küçəsi 82 ünvanında “Aksessuar” dükanından 500 manat (500 Azn) ödəyib bir ədəd sabun qabı, bir ədəd fırça qabı alıb.

 

O, bu pulu həmin əşyalara ona görə verib ki, satıcı qabların şüşələrinin xrustal olduğunu və ondan istifadə zamanı qabların keyfiyyətini dəyişməyəcəyini vəd verib. Alıcıya bu pulun müqabilində kassa çeki verilməyib.

 

Nəmidə Vəkilova ümumilikdə 2000 manat ödəyərək həmin mağazadan güzgü, əlüzyuyan və s. alıb. Hər şey bir neçə il sonra məlum olub. Belə ki, Nəmidə Vəkilovanın aldığı bütün əşyalar sıradan çıxıb və rəngləri dəyişib, bəziləri çatlayıb.

 

O, sabunqabı şüşələrini dəyişmək istəyib. Lakin mağazaya zəng vursa da, müdir sabun qabının şüşələrini dəyişməyəcəyini deyib. Bildirib ki, əgər yenilərini almaq istəsəniz, 10 faiz endirim edərəm.

 

Alıcı sıradan çıxmış əşyaların üçü – 2 sabun qabını, 1 fırça qabını dəyişdirmək istəsə də, satıcı bundan imtina edir.

 

Qeyd edək ki, N.Vəkilova Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun gəlini, Xalq yazıçısı Yüsif Səmədoğlunun həyat yoldaşıdır.

 

BIR CAVAB BURAXIN