Səlahəddin Əyyubinin Türklüyünə dair ən ciddi mənbələrdən biri

0
625

Səlahəddin Əyyubinin məsləhətçilərindən olan Üsamə ibn Münkız’ın “Kitab əl İ’tibar” adını verdiyi və xatirələrini yazdığı kitabı, Philip Khuri Hitti (1886-1978) İngilis dilinə çevirmişdir.

Əsər Türkcəyə Yusuf Ziya Comərd tərəfindən ibrət Kitabı adıyla tərcümə edilmiş və 92-ci ildə İstanbulda çap edilib. Kitabın Ərəb dilinə tərcüməsini təmin edə bilmədiyindən bəhs edən tərcüməçi, əsərin Philip K.Hitti’nin İngilis dilinə tərcüməsindən Türkcəyə köçürüldüyünü ifadə edir və hər hansı bir şübhəyə meydan verməmək üçün də əlavə edir: “Ərəb əsilli bir şərqşünas olan Philip Hitti’nin bu əsəri İngiliscəyə köçürəcək şəxiyyətdə olduğu düşüncəsi bizi nisbətən rahatlaşdıran bir keyfiyyətdir. ”

İbn Munkız, Malazgirt döyüşündən 24 il sonra, Xaçlıların Qüdsü işğalından 4 il əvvəl Hama ətrafındakı Şayzer’de doğulmuşdur. Şair, ədib və tarixçi olan Üsamə ibn Munkız, 93 illik ömründə 20-dən çox əsər yazmışdır. Ədəbi əsərlərinin başında beş hissədən ibarət olan iki cildlik Divan Əl-Şir’i gəlir. Ədəbi sənətlər haqqında Əl-Bədi fi Nakd El Şi’r ‘adlı əsəri, Həzrəti Musanın əsasında başlayaraq böyük şəxsiyyətlərin asalarından hərəkətlə qələmə aldığı Kitab-ul Asa’sı, Hasankeyf’te yazdığı deyilən əl-menazil və’də Diyar’ı və Lübebu’l Adab’ı əhəmiyyətli əsərlərindəndir. Ayrıca 20 cildlik Məkarimul Əxlaq adlı əsəri var. Bədir səhabələrinin həyatlarını mövzu alan 5 cildlik Tarix əl-Bədr ilə Fəzail-i Hulefa-i Raşidin və Tarix El-İslam bilinən digər əsərləridir.

Səlahəddin Əyyubi ilə birlikdə bir çox döyüşlərə da qatılan Üsamə ibn Munkız Kitab Əl-İtibar’ın 201. səhifəsində deyir ki:

“Bu vaxt, Səlahəddin, buradakı kritik vəziyyətimizi bildirmək üzrə Atabek’e bir atlı göndərdi. Sonra, sürətlə bizə doğru irəliləyən on qədər atlı gördük. Arxalarındaki ordu da davamlı hərəkət halında idi. Döndükdə, Atabek’in əmrindəki qabaqcıllar olduğunu anladıq. Ordu da arxalarından gələcək . Atabek, “Ey Musa, məhv olmaq üçün mü otuz atlıyla Şam qapısına qədər gəldin! Nə tələsiyin vardı! “Deyə Səlahadinə tənqid etdi. Qarşılıqlı atıştılar. İkisi də Türkçə danışırdı. Buna görə söylədiklərini anlaya bilmədim.”

Farsçanın siyasət, Ərəbcənin elm, təhsil və din sahəsində müzakirə edilməz bir üstünlük qurduğu və Türk dilini öyrədən bir tək təşkilatın belə olmadığı belə bir dövrdə Səlahəddin Əyyubinin Türkçə danışması, onun öz bə öz Türk olduğunu göstərən ən böyük dəlildir.

Əyyubi Dövləti Türk Dövlətidir!

İstiklal Marşını yazan şairimiz Mehmet Akif Ərsoyun “Şərqin sevimli sultanı”, fransız tarixçisi Champdor’un “İslamın ən saf qəhrəmanı” olaraq təyin etdiyi Səlahəddin Əyyubi, əslində yeni bir dövlət qurmamıştır. Onun qəhrəmancasına bir siyasətlə idarə etdiyi dövlət, Zəngilər Dövlətinin davamından ibarətdir. Memlükler də Əyyubinin davamıdır.

Çünki, dövlət təşkilatı dəyişməmişdir. Millət dəyişməmişdir. Dövlətin maddi istinadları dəyişməmişdir. Dəyişən yalnız xanədanlarıdır. Hər üç dövlətin də bayrağı sarı zəmin üzərinə doru qartaldır. Hər üç dövlətdə də siyasi və hərbi kadrlar eyni ünsürlərdən meydana gəlməkdədir. Səlahəddin Əyyubi ilə əlaqədar qiymətli bir əsər nümayiş etdirən  Hörmətli Ramazan Şeşen’in də ifadə etdiyi kimi, dövlət və ordu təşkilatı Türk dövlətlərində görülən dövlət və ordu təşkilatlarının eynisidir.

Bu gün separatçı vəsait olaraq istifadə edilən Əyyubi Dövləti, Selahaddin’in müasirləri tərəfindən də Türk dövləti olaraq qəbul edilmişdir. Ərəb şairi Sena İbn əl-Mülkün Halepə zəbti vəsiləsiylə Səlahadinə təqdim etdiyi qəsidə “Ərəb milləti Türklərin dövləti yüksəldi, Əhli-i salıb iddiası Əyub oğlu tərəfindən pərişan edildi” misraları ilə başlayır.

Məşhur İbn-i Haldun da Mukaddeme’d Əyyubinin və Memlükler dövlətinin bir  Türk dövləti olduğunu yazır.

Əyyubinin Dövlətində Ərəb mədəniyyətinin suveren olması bizi çaşdırmamalıdır. Qəznəlilər və Səlcuqlular necə Fars mədəniyyətini ön plana çıxarmışlarsa, Zengiler, Əyyubinin və Məmlüklər də eyni şəkildə və eynilə Roma İmperatorluğuna Yunan mədəniyyətinin hakim olduğu kimi, Əyyubinin də Ərəb mədəniyyətinin Türk mədəniyyətinə seçmişlər.

Lakin Səlahəddin Əyyubinin zəfərdən zəfərə getdiyi ordunun böyük bir əksəriyyətini Türklər təşkil edir.

Səlahəddin Əyyubinin müasir olan tarixçiləri, Misir, Yəmən, Şimali Afrika kimi mərkəzə uzaq qitələrin ələ keçirilməsini Oğuz hərəkatı olaraq görərlər.

Nəticə olaraq bunu ifadə etmək istəyərik ki, İslamın bu əfsanəvi qılıncı, mədəniyyət etibarilə olduğu qədər, soy etibarilə də Türkdür. Dövləti də Türk Dövlətidir.

Necdət Sevinc (1944-2011)

Bir Millət Uyanıyor: 1

Idarə edən: Atilla İlhan, 2005

Şəkil:

Memoirs of Usama İbn-Munqidh

translated by Philip K.Hitti

Princeton University Press, 1929

 

Azərbaycan türkcəsinə uyğunlaşdirdi:

Bakı Atatürk Liseyinin 8-ci sinif şagirdi Nihad Nəsirzadə



BIR CAVAB BURAXIN