Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Rəşad Ələkbərovun mükafatları ailəsinə təqdim edilib

0
314

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Rəşad Ələkbərovun anası Nailə xanım Ələkbərova ilə görüşüb və sizin kimi analarla qürur duyuruq deyib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçu Rəşad İlqar oğlu Ələkbərovun anası, Gəncə şəhər, Kəpəz rayon sakini Nailə xanım Ələkbərova ilə görüşüb.Şəhid anasını Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində parlaq qələbəsi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Oğlunuz 2020-ci ilin Tovuz döyüşlərindən sonraq Silahlı Qüvvələrimizə könüllü yazılaraq, yenidən hərbi xidmət göstərmək arzusunu ifadə edib və sentyabrın 27-də başlamış 44 günlük Vətən Müharibəsinin ilk günündən fədakarlıqla döyüşüb.9 noyabrda Şuşa-Laçın istiqamətində qəhrəmancasına şəhid olan oğlunuz ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Rəşad kimi gənclərimizlə hər zaman qürur duyacağıq!Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.Şəhidlərimizin qanı yerdə qalmayıb.

Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar siz şəhid valideynlərisiz.Siz özünüz 1992-93-cü illərdə Gəncə Alayının tərkibində I Qarabağ Müharibəsinin könüllü iştirakçısı olmusuz, müharibə veteranısız.Sizi qələbə münasibəti ilə təbrik edirəm”!Şəhid anası ilə ətraflı söhbət edən Q.Paşayeva, ona tarixi zəfər münasibəti ilə Mədəniyyət Komitəsi adından Məktub və üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış saat təqdim edib.Nailə xanım Ələkbərova səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.Q.Paşayevanın şəhid hərbi qulluqçumuz haqqında yazısnı təqdim edirik:Rəşadətli Rəşad Rəşad İlqar oğlu Ələkbərovanlamlı bir gündə – paytaxt Bakının yadellilərin işğalından azad edildiyi günün 79-cu ildönümündə – 15 sentyabr 1997-də doğulub. Doğulduğu günün, daşıdığı adın energetikasına, mahiyyətinə uyğun həyat və aqibət yiyəsi olub Rəşad. – Şuşa uğrunda döyüşüb, Şuşanın azadlığını görüb, Şuşa-Laçın istiqamətində şəhid olub…Rəşadın anası, vətəncanlı Nailə xanım Ələkbərova I Qarabağ Müharibəsində “Gəncə” alayının tərkibində iştirak edib (1992-93), Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə yaralanıb. Vətəncanlı ananın vətəncanlı oğlu Rəşada II Qarabağ Müharibəsində iştirak etmək, anasının və silahdaşlarının yarımçıq qalmış arzularının gerçəkləşməsində fədakarlıqla döyüşmək, qalib olmaq – Şuşada üçrəngli müqəddəs bayrağımızın sancıldığını görmək nəsib olub!..

Rəşad Ələkbərov Gəncə şəhəri 44 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib (2017), 2019-cu ildə hərbi xidmətdən tərxis olunub. 2020-ci ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində baş vermiş döyüşlərdən sonra Rəşad Kəpəz rayon Səfərbərlik və Hərbi xidmətə çağırış idarəsinə gedərək könüllü qeydiyyatdan keçib – döyüşlərə getmək istəyini ifadə edib. Azərbaycan Böyük Vətən Müharibəsi başlayan kimi yenidən həmin idarəyə müraciət edən Rəşad, nəhayət istəyinə çatıb. – Doğrusu, anasının tək övladı, yeganə ümid yeri olmasına baxmayaraq, vətəncanlı Rəşadın bu comərdləyinin özü undulmaz, kitaba düşəsi, könüllərə yazılası hadisədir.Rəşad öncəbhəyə getməmişdən öncə, Şəmkirdə yerləşən “N” saylı hərbi hissədə hərbi təlimə cəlb olunub, sonra döyüşlərə göndərilib – Vətən uğrunda döyüşlərə! – Döyüşlərin ən gözəli, müqəddəsi! Rəşadın dövlət başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təltif olunduğu medal da “Vətən uğrunda” adlanır… Əlbəttə, hamımız bir gün bu dünyaya əlvida deyəcəyik. Amma “Vətən uğrunda” şəhid olmaq və təltif olunmaq neçəmizə qismət olacaq..?Diləyimiz: Rəşad kimi vətəncanlı oğullarımızın ruhunun, onların ailəsinin bizə Qələbə halallığı verməsi, Qarabağ sevincimizi bizə halal etməsidir!Borcumuz: Öz işlərimizlə şəhid ruhlarını şad etməkdir!İnamımız: Üçrəngli müqəddəs bayrağımızı həmişə ən ucalarda görməkdir! – Vətənimizin yalnız dağları deyil, dərələri də, düzənləri də ucalıqdır! – Öz torpaqlarımızda öz bayrağımızın dalğalanması öz dünyamızdır, öz ucalığımız, öz ürəyimiz və öz eşqimizdir!

Rəşadın dayısı, tanınmış aydınımız dos.dr.Faiq Ələkbərli deyir, “Rəşad ailənin yeganə övladı olduğu üçün, arxa cəbhədə xidmət şansı ola bilərdi, lakin o bu barədə nənki düşünməyib, əksinə, özü məhz öncəbhəyə getmək, qaynar döyüş nöqtələrində döyüşmək istəyib. O, Füzulidə, Hadrutda, Xocavənddə, Daşaltı və Şuşa şəhəri uğrunda qəhrəmanlıqla döyüşüb.Onun şəhid olması xəbərini bizə noyabrın 11-də dedilər. Şəhidimizin nəşi noyabrın 12-də Gəncə Şəhidlər Xiyabanında dəfn edildi. Tanıdığımız, tanımadığımız nə qədər insan iştirak edirdi – bu, xalq məhəbbətinin təzahürüydü, Cümhuriyyətimizin ilk paytaxtının öz şəhid balasını bağrına basması idi”…Şəhidlərimizin ruhuna ehtiramımız əbədidir!VƏTƏN SAĞ OLSUN!

Arazinfo.com

BIR CAVAB BURAXIN