Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun diplomatik toxunulmazlığı ləğv edilməlidir

0
460

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun diplomatik toxunulmazlığı ləğv edilməlidir.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Baçelet deyib. Onun sözlərinə görə, jurnalist Camal Qaşıqçının yoxa çıxması ilə əlaqədar təhqiqatların aparılması üçün belə bir addımın atılması olduqca vacibdir: “Camal Qaşıqçının yoxa çıxması ilə bağlı belə hesab edirəm ki, diplomatik toxunulmazlıq barədə 1963-cü ildə Vyanada qəbul edilən beynılxalq Konvensiya qeyri-müəyyən müddət üçün dondurulmalıdır”.

Xatırladaq ki, dəfələrlə Səudiyyə Ərəbistanını tənqid edən jurnalist Camal Qaşıqçı oktyabr ayının 2-də sənədlərini qaydaya salmaq üçün İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bundan sonra onu görən olmayıb.

 

 

 

BIR CAVAB BURAXIN