“Səudiyyə Ərəbistanında gizli dövlət çevrilişi baş verir” – ŞOK SƏBƏB…

0
347

“Məqsəd Səudiyyənin iki müqəddəs şəhəri – MƏKKƏ və MƏDİNƏNİN əsasında “MÜQƏDDƏS SÜNNİ DÖVLƏTİ” formalaşdırmaqdır”

Tanınmış politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev son günlər Səudiyyə Ərəbistanında baş verən silsilə həbslərin, terror və qətllərin nədən qaynaqlandığı barədə Moderator.az-a maraqlı açıqlamalarda bulunub:

“Səudiyyə Ərəbistanında gizli dövlət çevrilişi baş verir. Səudiyyə dünyada yeganə həm teokratik, həm də krallıq hakimiyyəti olan dövlətdir. Bu dövlət Osmanlı İmperiyasını parçalamaq üçün ingilis kəşfiyyatının çoxillik və çətin fəaliyyətindən sonra yaranmışdır. Orada ilk dövlət çevrilişi ötən əsrin 30-cu illərinə təsadüf edir. O zaman da qardaşlar hakimiyyət üstündə bir-birinə qarşı sui-qəsdlərdən istifadə etmişdir.

Yenidən proseslərin gündəmə gəlməsi ərəb dünyasında  ABŞ və Rusiyanın maraqlarının toqquşmasıdır, bəlkə də bölgədən İngiltərənin sıxışdırılıb çıxarılması ilə bağlı siyasi və hərbi maraqların üst-üstə düşməsidir. Çünki proseslər Tehran sammitindən sonra sürətləndi. Trampın kürəkəni C.Kuşnerin Ər- Riyada gizli səfəri, ABŞ-ın siyasi oyunçusu olan Livanın baş naziri S.Həririnin kralla görüşdən sonra istefa verməsi, Amerikada hazırlanan hakimiyyətin inidiki kralın oğluna ötürülməsi üçün maneələrin (daha doğrusu kralığa digər qanuni namizədlərin zərərləşdirilməsinə start veilməsi) aradan qaldırılmasın başlanılması yeni qanlı strategiyanın nişanələridir.
Hadisələrin gedişi göstərir ki, Səudiyyədə həyata keçirilməyə başlanan məkrli plan “uzunömürlü” və “çoxşaxəlidir”. Birincisi, bu bir hərbi layihədir. Ölkədə başlanan iç savaş tədricən vətəndaş müharibəsinə çevrilərək, qarşıduran tərəflərə silah satışını artıracaqlar. Gələcəkdə digər ölkələrin də bu savaşa cəlbolunma ehtimalı yüksəkdir.
İkincisi, D.Tramp biznesmen olduğu üçün, bu həm də bir iqtisadi layihədir. Öldürülən, həbs olunan, öldürülməsi planlaşdırılan və həbs olunmalı olan ailə üzvlərinin varidatı 100 milyardlarla ölçülür ki, bu pullar da ABŞ kəşfiyyatının nəzarəti altındadır. Həmin pullar “demokratiya qurucuları”nın, əslində demokratiya “qırcıları”nın istifadəsində olacaq, daha sonra qarşıdurma gücləndikcə birjalarda neftin qiyməti də artacaq ki, bu da Rusiya, İran və dövlətlər üçün çox lazımdır.
Üçüncüsü, bu bir müsəlman artımnın qarşısını almaq planıdır. Son 10 ildə dqnyada gedən savaşlarda ölənlərin 90 faizi müsəlmanlardır. Ərəbləri bir-birinə qırdırmaq məsələsində bütün xristian dünyası vahid mövqedən çıxış edir.
Dördüncüsü, təhlükəli siyasi layihədir. Hələ ABŞ-ın 1997-ci ildə hazırladığı 2025-ci ilə qədər dünyada yaranacaq yeni dövlətlər əsasən İran, S,Ərəbistanı,Türkiyə və İraq ərazilərinin parçalanması hesabına yaradılmalıdır. Səudiyyənin iki müqəddəs şəhəri – MƏKKƏ və MƏDİNƏNİN əsasında “MÜQƏDDƏS SÜNNİ DÖVLƏTİ” formalaşdırılmalıdır. Krallığın başı hakimiyyət çevrilişlərinə qəsdən qatılıb ki, dövlət tamamilə zəifləsin və plan həyata keçsin. Səudiyyə Ərəbistanının indiki hakimiyyətinin siyasi fəaliyyəti çox yarıtmaz və yarımçıq olduğu üçün həmin parçalanma planının baş tutma ehtimalı çox yüksəkdir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × four =