Sərxoş müğənnidən reperə sevgi etirafı

0
570

Amerikalı müğənni Pink qatıldığı verilişlərdən birində maraqlı etiraflar edib.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Pink günlərin birində sərxoş olub reper Eminemə yazdığı məktubdan danışıb:

 

“Çoxlu şərab içdim. Özümü yaxşı hiss edəcəyimi düşündüm. Eminemə sevgi mesajı yazdım. Ona sevdiyimi dedim. O aralar Rihanna ilə olan Eminemə bildirdim ki, Rihanna cazibədar olsa da, mən də əyləncəli biriyəm və onun mənim yanımda olmasını istəyirəm”.

 

Həmin vaxt Rio De Janeyroda turda olan Eminem ifaçıya bir kəlimə “Yaxşı” cavabını verib.

 

Pink ayıldıqdan və reperin cavabını oxuduqdan sonra ona təkrar “Bu, ən gözəl hissdir. Səni görəndə üzünü palçığa batıracağam” mesajı yazıb.

 

Bu dəfə də Eminəm “Yaxşı” yazaraq ilə Pinkə cavab göndərib.

BIR CAVAB BURAXIN