Sərxoş gənc Qrelandiyanı pulla almaq istədi – Danimarkadan heyrətamiz cavab aldı…

0
475

23 yaşındakı gənc spirtli içki qəbul etdikdən sonra özündə cəsarət taparaq xəyallarından birini reallaşdırmaq istəyib.
 Cou adlı ABŞ vətəndaşı Qrelandiya adasını almaq istəyirmiş. Ancaq bu adanın satın alınması mümkün deyildi. Spirtli içki qəbul etdikdən sonra sərxoş olan Cou Danimarkanın nəzarətində olan Qrenlandiya adasını almaq üçün Danimarka hökumətinə elektron məktub göndərir. E-maili-in mövzu hissəsinə isə belə yazır:
“Qrelandiyadan istifadə edirsinizmi?”
Cou elektron məktubunda dostları ilə birlikdə bir ölkəyə sahib olmaq istədiklərini, dövlət idarəçiliyi təcrübələri olmasa da ABŞ-dakı bəzi şirkətlərə rəhbərlik etdiklərini, Qrelandiyaya rəhbərlik edə biləcəklərini yazıb. 2,166,086 kvadrat kilometr ərazi üçün minnətdar olacaqlarını yazan Cou ona bu adresdən cavab verilə biləcəyini də məktubuna əlavə edib.
Ertəsi gün göndərdiyi məktubu tamamilə unudan, dünən baş verənləri ümumiyyətlə xatırlamayan gənc Danimarka hökumətinin rəsmi internet adresindən ona elektron məktub gələndə qorxub.
“Görəsən məni həbs edərlərmi? Hansı qanunları pozmuşam?” – deyə-deyə ona göndərilən məktubu açan Cou yazılanları görəndə heyrətlənib.
Danimarka hökumətindən göndərilən rəsmi cavab məktubunda belə yazılmışdı:
“Hörmətli Cou. E-mailin üçün təşəkkür edirik. Böyük xəyallardan xoşumuz gəlir. Xəyallarının nə vaxtsa gerçəkləşib gerçəkləşməyəcəyini heç kim bilə bilməz. Ancaq Qrelandiyanı sənə verməyimiz mümkün deyil. Yenə də soruşduğun üçün təşəkkür edirik. Bəlkə buna kiçik işlərdən başlaya bilərsən. Qrelandiyada uşaqlara ingilis dilini öyrədəcək bir müəllim axtarırıq. Bu işi görə bilərsən”.
E-mailə həmin iş elanının linkini də əlavə edən Danimarka hökuməti məktubu bu sözlərlə bitirib:
“Sənə özün üçün bir ölkə tapmaqda uğurlar arzulayırıq”. E-mail Danimarka Xarici İşlər Nazirliyinin imzası ilə göndərilib.
Cou bu hərəkətindən peşiman olmadığını, ancaq həmin iş elanı ilə maraqlanmadığı üçün narahat olduğunu bildirib. Moderator.az

BIR CAVAB BURAXIN