Sərnişin avtobusun açıq qapısından yerə yıxıldı

0
282

Bu gün səhər saatlarında 202 saylı marşrutda bədbəxt hadisə baş verib. Avtobusda olan basabasa görə qapının ağzında dayanan gənc yıxılaraq zədə alıb. Dərhal hadisə yerinə iki təcili tibbi yardım maşını gəlib. Sərnişinlər avtobusdan boşaldılıb.

Qeyd edək ki, 202 saylı marşrut Biləcəri qəsəbəsindən metronun “Nərimanov” stansiyasına qədər hərəkət edir. Qəsəbə sakinləri hər gün səhər və axşam saatlarında avtobusun qapılarının açıq şəkildə getdiyini bildirir. Buna görə də, sakinlər marşrut xəttinin sayının artırılmasını tələb edirlər.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin “Qaynar Xətt”inə zəng olunsa da, onlara cavab verilməyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × two =