Sərhədlərin delimitasiyasına razılıq əldə olunub

0
2136

Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri N.Paşinyan, Fransanın Prezidenti E.Makron, Aİ Şurasının Prezidenti Ş.Mişel arasında dördtərəfli görüş keçirilib və keçirilən bu görüş Ermənistan və Azərbaycan tərəflərinin bir-birlərinin suveren ərazilərini tanıdıqlarını bəyan etməsilə yekunlaşıb. Bundan öncədə bir neçə dəfə fərqli ölkələrdə eyni format üzrə görüşlər təşkil olumuşdu, ancaq nəticəsi olmamışdı. Prezidentimiz cənab  İlham Əliyevin qətiyyətli tədbirləri, uzaqgörən siyasəti sayəsində nəhayət ki biz bu uğura nail olduq. Ermənistan da başa düşdü və qəbul etmiş oldu ki , bu məsələ hər şeydən öncə Azərbaycanın haqq səsidir, ona görə də Qarabağı Azərbaycandan qoparıb almaq nəinki asan, ümümumiyyyətlə, mümkün olmayacaq.

Görüşdə Azərbaycanın təqdim etdiyi bütün hüquqi sənədlərdə də Qarabağ

Azərbaycanın tərkib hissəsi olaraq göstərilmişdir. Eyni zamanda sənədlərdən əlavə dəheç kim Qarabağı müstəqil bir dövlət, və ya erməni torpağı kimi tanımayıb. İşin

maraqlı tərəfi heç Ermənistan da bu əraziləri müstəqil bir dövlət kimi tanımayıb. Əsrlər boyu həmin ərazilərə məxsus olan toponimlərdə də heç bir erməni toponiminə rast gəlinməyib. Çox aydın bir şəkildə görünür ki, bu torpaqlarda erməni etnosların mövcudluğu köklü tarixə sahib deyil, sadecə yaxın zamanlarda baş vermiş hadisələrin təzahürüdür. Gec də olsa Ermənistan bu həqiqəti qəbul etdiyini etiraf etdi. Həm də qarşı tərəf çox yaxşı başa düşür ki, Azərbyacanla əlaqələrin müsbət fonda inkişaf etməsi onların da bir dövlət olaraq inkişaf etməsinə müsbət təsir edəcəkdir.

Hər bir halda biz həmişə sülhün tərəfdarı olmuşuq və bu məsələnin də son nəticə olaraq sülh müqaviləsinin imzalanması ilə yekunlaşacağına əmin idik.

 

Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin müəllimi -Bəkirov Rövşən