Şəmkirli gəncin ixtira etdiyi qaldırıcı qurğu böyük marağa səbəb olub

0
636

14912472834460528477_1000x669

Şəmkirli 23 yaşlı gəncin ev şəraitində hazırladığı qaldırıcı qurğu indi yaşadığı kəndlə yanaşı, ətraf yaşayış məntəqələrində də inşaat işlərində istifadə olunur.

İstixanaların qurulmasında metal konstruksiya işi ilə məşğul olan Zəfər Alıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Biz hər dəfə kran çağıranda əlavə xərc çəkirdik. Bu, həm də vaxt itkisinə səbəb olurdu. Belə qərara gəldim ki, kran hazırlayım. Həm vaxta qənaət edək, həm də işimiz asanlaşsın”.

Şəmkirin Qaracəmirli kəndində yaşayan Zəfər Alıyevin peşəsi qaynaqçıdır və bugünədək istixana komplekslərinin qurulması ilə pul qazanıb. Atası ilə birgə gördüyü iş qaldırıcı kran olmadan çətinlik yaratdığı üçün o, problemi birdəfəlik həll etmək qərarına gəlib və cəmi 9 günə istədiyinə nail olub.

Onun hazırladığı qurğu 360 dərəcə fırlanma, 6,5 metr hündürlüyə yüksəlmə və 300 kiloqramadək yükqaldırma gücünə malikdir. Qurğu elektrik enerjisi ilə işləyir.

Zəfərin ixtirası həm onun işini asanlaşdırır, həm də ona əlavə gəlir gətirir. Kranın yükqaldırma imkanlarını artırmaq barədə fikirləşən gənc yaşadıqları evin tikintisində də ixtirasından yararlanıb.

BIR CAVAB BURAXIN