Şəkidə ayı ovlayan 7 nəfər saxlanıldı

0
621

ayi ovu

 

 

 

 

 

 

Şəkidə ayı ovlayan 7 nəfər saxlanıldı

Onların maşınında 7 tüfəng, bir baş ayı cəmdəyi və ayı balası aşkar edilib

Şəki rayonu ərazisində ayı ovlayan 7 nəfər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) “Report”a verilən məlumata görə, 29 oktyabr 2016-cı il tarixində ETSN-in Balakən-Zaqatala-Qax-Şəki inzibati rayonlarını əhatə edən 9 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsinə qanunsuz ov edilməsi ilə bağlı siqnal daxil olub.
Nazirliyin əməkdaşları siqnal əsasında operativ reyd həyata keçiriblər. Reyd zamanı Şəki rayonunun Şin dərəsində şübhəli bilinən “Ural” markalı “AQS 95-85″ dövlət qeydiyyat nişanlı maşın saxlanılıb. Avtomobilə baxış zamanı üzərilərində 7 ov tüfəngi olan 7 nəfər şəxs, bir baş ovlanmış ayı cəmdəyi və dərisi, həmçinin iki aylıq bir baş diri ayı balası aşkar edilib.

İlkin araşdırmalar zamanı ov edən şəxslərin Şəki rayonu, Şin kənd sakinləri olduqları müəyyən edilib. Həmin ərazi sərhəd zonası oldu üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə araşdırma və sənədləşmə aparılır. Sənədləşmə başa çatdıqdan sonra təqsirli bilinən şəxslər barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək.

Avtomobildə aşkar edilən tüfənglər və ov qənimətləri maddi sübut kimi Şəki rayon Polis şöbəsinə, ayı balası isə Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reablitasiya Klinikasına təhvil veriləcək.

BIR CAVAB BURAXIN