Səfir: “Senatın “erməni soyqırımı” haqda qanun layihəsini qəbul etməsi ABŞ Administrasiyasının mövqeyini əks etdirmir”

0
404

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul etməsinə münasibət bildirib.Səfir jurnalistlərə açıqlamasında deyib ki, məlum layihə qanunverici orqanın qəbul etdiyi sənəddir və bu, hökumət Administrasiyasının mövqeyini əks etdirmir.

“Artıq bu barədə Senat öz fikirlərini tam və dəqiq şəkildə ifadə edib. Bu o deməkdir ki, artıq biz bunu nəzərə almalıyıq. ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dost və əməkdaşıq. Bu əməkdaşlığı davam etdirəcəyik”, – deyə ABŞ səfiri qeyd edib.

Xatırladaq ki, ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib. Dördüncü dəfə səsə qoyulan qanun layihəsini yekdilliklə qəbul olunub. 

Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib.