Ruslar məşhur çeçen mücahidini necə öldürdülər?

0
543
Ruslar məşhur çeçen mücahidini necə öldürdülər? – DETALLAR

Çeçen mücahidlərinin lideri Doku Umarovun ölüm səbəbi zəhərli maddə olub.

Publika.az xəbər verir ki, bu haqda məlumatlı mənbəyə istinadən “İnterfaks” agentliyi bildirib.

Məlumata görə, 2013-cü ildə İnquşetiyada döyüşçülərin 49 yaşlı liderinin məhvi üzrə xüsusi əməliyyat keçirilmişdi.

“O çox təsirli maddə ilə zəhərlənmə nəticəsində ölüb”, – agentliyin həmsöhbəti deyib.

Mənbə bildirib ki, Umarovun qalıqları da çox zəhərli olduğu üçün onları Moskvaya xüsusi ehtiyat tədbirləri ilə aparıblar. O əlavə edib ki, ekspertiza qalıqların Umarova aid olduğunu təsdiqləyib.

Xatırladaq ki, sentyabrın 25-də yayılan məlumata görə, İnquşetiya dağlarında ötən həftəsonu bir neçə döyüşçünün bədənlərinin çıxarılması üzrə əməliyyat keçirilib. Onların arasında 2013-cü ildə öldürülmüş Doku Umarovun da qalıqları olub. Umarov və onun mühafizəçilərinin bədənləri ekspertizanın aparılması və şəxsiyyətlərinin dəqiq müəyyən olunması üçün Moskvaya aparılıb.

Doku Umarov 2006-cı ildən çeçen separatçılarına liderlik edirdi.

Umarov 2011-ci ildə Domodedovo aeroportunda törədilən terror aktı, həmçinin 2010-cu ildə Moskva metrosunda partlayışlara və 2009-cu ildə “Neva ekspress” qatarının partladılmasına görə məsuliyyəti üzərinə götürüb.

O, 2010-cu ildən ABŞ tərəfindən təşkil edilmiş beynəlxalq terrorçuların siyahısında idi. Onun olduğu yer haqqında informasiya üçün 5 milyon dollar mükafat elan edilmişdi.

Onun ölümü haqqında rəsmi bəyanatı 8 aprel 2014-cü ildə Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov verib. 2014-cü ilin yazında Çeçenistan başçısı Ramzan Kadırov ölən Umarovun fotoşəklini dərc edib.

Umarovun öldürülməsi və ona sui-qəsdlər haqqında xəbərlər daha əvvəl ən azı 12 dəfə çıxıb. 2010-cu ildə “Rosbalt” agentliyi xüsusi xidmət orqanlarında mənbəyə istinadən yazın ki, 2009-cu çeçen liderinə məhsullarla birlikdə zəhər göndərilib. O, həmin məhsulları qəbul etsə də sağ qalıb. Amma güclü zəhərlənməyə görə onda bir neçə ağır xəstəlik inkişaf edib.

BIR CAVAB BURAXIN