Ruslan Əliyev Xaçmaz və Şabran rayonlarında görülən işlərlə tanış olub-VİDEO

0
1563

Ruslan Əliyev Xaçmaz və Şabran rayonlarında görülən işlərlə tanış olub.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qazlaşdırılma işləri ilə yaxından maraqlanmaq məqsədi ilə Xaçmaz rayonuna səfər edib. Baş direktor Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Oruclu ilə birlikdə rayonun Maqsudkənd kəndində görülən işlərlə tanış olub. Birlik rəhbərinə məlumat verilib ki, küçə qaz xətlərinin çəkilməsi üçün layihə üzrə 20 km uzunluğunda polad və polietilen borularla xəttin çəkilməsi nəzərdə tutulub ki, artıq işlər tamamlanmaq üzrədir. Birlik rəhbəri səfər çərçivəsində Birlik əməkdaşlarının iş şəraiti, onların qayğıları ilə yaxından maraqlanıb. Daha sonra bir qrup Birlik əməkdaşı baş direktor tərəfindən SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
Ruslan Əliyev Şabran rayonunun Ərəblər kəndinin küçə qaz xətlərinin çəkilməsi işləri ilə də tanış olub. Baş direktor Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ilə birgə kəndə baxış keçiriblər. Qazlaşdırılma işləri üçün uzunluğu 5545 m olan polad və polietilen borulardan istifadə olunduğu və artıq son olaraq boya işlərinin görüldüyü diqqətə çatdırılıb. Baş direktor Birlik əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirərək, onlara təşəkkür edib. Bu ünvanda da bir qrup Birlik əməkdaşı baş direktor tərəfindən SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.