Rusiyaya məxsus İl-20 heyətlə birgə yoxa çıxıb

0
485

Rusiyaya məxsus İl-20 hərbi təyyarəsi 14 nəfər heyətlə bərabər Aralıq dənizi hövzəsində yoxa çıxıb.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, İl-20 Israilin Latakiyadakı obyektlərə zərbə endirməsindən sonra radarda yoxa çıxıb. Bununla əlaqədar sentyabrın 18-də mətbuata açıqlama verən Rusiya Müdafiə nazirliyi rəsmiləri təyyarənin taleyindən xəbərsiz olduqlarını bəyan ediblər.

Öz növbəsində İsralil  Rusiyaya məxsus 14 hərbçini daşıyan “İl-20” təyyarəsinin itməsi ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib.

 

 

 

BIR CAVAB BURAXIN