Rusiyaya güclü qar yağıb: əhaliyə evdə qalmaq məsləhət görülür

0
769

Moskva və Moskva bölgəsinə iki gün ərzində bir ayın normasından artıq yağıntı düşüb. Qar yağışı təxminən 360 ağacın qırılmasına, bir nəfərin ölməsinə səbəb olub.

Moskva meteorologiya şöbəsi İnterfaks agentliyinə bildirib ki, indiyə qədərki müşahidələr zamanı küləklə müşayiət edilən belə güclü qar olmayıb.

Fevralın 3-də yağan qara nisbətdə maksimum qar 60 il əvvəl, 1957-ci ildə qeydə alınıb.

36 saat ərzində – şənbə günündən bazar gününə qədər – bir ayın normasından artıq yağıntı olub, Rusiyanın Hidrometeoroloji Mərkəzindən İnterfaks-a deyilib.

Bazar günü səhər saatlarında Moskva Bələdiyyə başçısı Sergei Sobyanin bir nəfərin öldüyünü bildirib.

Meteoroloqların dediyinə görə, güclü qar yağışı yalnız bazar ertəsi səhər saatlarında azala bilər.

Rusiya Fövqəladə Hallar Nazirliyi bazar günü küləyin artacağı barədə xəbərdarlıq edib.

Hakimiyyət Moskva və bölgə sakinlərinə bazar ertəsinə qədər mümkün dərəcədə evdə qalmağı məsləhət bilib.

Sürücülərə şəhər ətrafında və uzun məsafələrlə səyahət etməkdən imtina etmək, həmçinin avtomobili ağacların yaxınlığında və qeyri-sabit strukturlarda park etməmək tövsiyə olunur.

Зима в Москве

“Yandeks.Raspisaniya”-ya görə, Moskva hava limanlarında 200-ə yaxın uçuş təxirə salınıb, 20-dən çox uçuş ləğv edilib.

Mərkəzi Rusiyada belə sıx qar yağmasının səbəbi Qara dənizdən gələn həcm baxımından rekord sayılacaq nəm siklonu olub, Rusiya Milli Hidrometeorologiya Mərkəzinin direktoru Roman Vilfand İnterfaks -a bildirib.

Moskva və Moskva vilayətindən başqa Smolensk, Kaluqa, Tula, Ryazan, Vladimir və İvanovo rayonlarında da sıx qar müşahidə olunub.

Energetika Nazirliyinin məlumatına görə, altı bölgədə elektrik enerjisinin kəsilməsi təxminən 62 min nəfəri işıqsız qoyub.

Belə havada bayıra çıxmağa qərar verənlər isə qarda çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə paylaşırlar.

BIR CAVAB BURAXIN