Rusiyanın sərnişin təyyarəsi ələ keçirilib

0
449

Rusiyaya məxsus Surqutdan Moskvaya uçan sərnişin  təyyarəsi hələlik kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ələ keçirilib.

Arazinfo.com-un Rusiya Federal Xəbərlər Agentliyinə istinadən verdiyi xəbərə görə, Surqut-Moskva reysi ilə uşan Su1515 təyyarəsi sərnişinlərin birinin xuliqanlıq hərəkəti nəticəsində  uçuş istiqamətini dəyişdirməyə məcbur olub. Son məlumata görə sərnişin təyyarəsi Xanti-Mansiysk hava lımanına  eniş edib. Təyyarənin endiyi hava limanı polis və xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb və baş vermiş hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.