Rusiyanın bu qəfil qərarının – Pərdəarxası

0
351

Payızda danışıqlar prosesi başlamalı, 5 rayonun geri qaytarılması məsələsi müzakirə edilməlidir. Rusiya bu prosesləri öz üzərinə götürsə də, hələ ki, hərəkətə keçməyib. Üstəlik, Ermənistana yeni dağıdıcı tipli silahlar verilir. Belə olan surətdə Azərbaycan təsirli cavab tədbirləri görməklə düşmən üzərində hərbi, siyasi və psixoloji üstünlüyünü heç zaman əldən verməyəcək.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, Azərbaycanın Türkiyədən alacağı yarımballistik raketlər dağıdıcı gücünə görə heç də Rusiyanın Ermənistana verdiyi silahlardan geri qalmır:

 

“Azərbaycanda Müdafiə Sənayesinin yeni bir sahəsi – raketqayırma sənayesi formalaşmaqdadır və bazası da artıq yaradılıb. Azərbaycan 280 kilometr məsafəyə uça bilən raketlərin istehsalını layihələndirib. Ümumiyyətlə, ilin sonuna qədər 120 adda yeni hərbi məmulatın hazırlığı və istehsalı nəzərdə tutulur ki, bu da ölkənin müdafiə sənayesini çox yüksək bir səviyyəyə çatdıracaq. Əlbəttə, Azərbaycan Ermənistana verilən “İsgəndər”lərlə bağlı Rusiya ilə diplomatik kanallar vasitəsilə fikir mübadiləsi aparır və bu raketlərin təyinatının dəyişdirilməsi, yəni Azərbaycana qarşı istifadə edilməməsi istiqamətində Moskvadan təminat almaq istəyir. Azərbaycanın sözügedən raketlərdən bir neçəsini alması da istisna deyil. Düşmənin təkcə Dağlıq Qarabağda deyil, Ermənistan ərazisindəki bütün hərbi obyektləri də ciddi nəzarət altıdadır. Biz bunu etməyə məcburuq, çünki payızda danışıqlar prosesi başlayacaq”.

 

Proseslərin gedişatını dəyərləndirən politoloq çox önəmli bir məqama, separatçıların Moskvada gözlənilən görüşünün qəfil təxirə salınmasının pərdəarxasına da işıq salıb:

 

“Bu görüşü qeyri-hökumət təşkilatının keçirdiyi deyilsə də, bu mümkünsüzdür. Bu, dövlət xətti ilə həyata keçirilən bir tədbirdir, Azərbaycan, Gürcüstan və Moldovada da ciddi etiraz doğurub. Qərb ölkələri artıq həyəcan içərisindədirlər ki, Rusiya post-sovet məkanındakı münaqişələri qızışdırmaqla yanaşı, indi də Avropaya barmaq uzadır. Qərbin Rusiyaya qarşı qəzəbi hədsiz artıb. Amerikanın Rusiya olan münasibəti hər gün daha da pisləşir. ABŞ və AB artıq Rusiyaya ultimativ xarakterli xəbərdarlıqlar göndərib. Kerri çıxışında qeyd etdi ki, heç də uzaq olmayan bir zamanda İŞİD darmadağın edildikdə bundan canını qurtaran müəyyən qüvvələr Şimali Qafqaza toplaşacalar. Amerika kəşfiyyatının məlumatına əsasən, Gürcüstan, Çeçenistan və Dağıstandan olan İŞİD-çilər təşkilatın qərargahını Rusiyaya keçirə bilərlər. Əlbəttə ki, bunu alqışlamaq olmaz, çünki İŞİD təkcə Rusiya üçün deyil, bütün post-sovet məkanı üçün təhlükəlidir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × 5 =