Rusiyalılara yaşlılığa görə təqaüd verməkdən imtina edirlər?

0
598

Rusiyanın Təqaüd Fondu (RTF) sığorta təcrübəsi və təqaüd xalları çatışmayan insanlara sığorta təqaüdü təyin etməkdən imtina edib. Bu barədə Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Topilin məlumat verib.

BBC-nin Rusiya xidməti hansı rusiyalının “risk qrupunda” olmaq ehtimalını araşdırıb.

“Artıq belə hadisə 2017-ci ildə baş vermişdi. O zaman da Təqaüd Fondu insanlara yaşlılığa görə sığorta təqaüdünün təyin edilməsindən sığorta təcrübəsi və təqaüd xalı çatışmadığına görə imtina etməyə məcbur olmuşdu. Belə insanlara sosial təqaüd təyin edilir. Əgər bu təqaüdün məbləği minimum yaşayış məbləğindən aşağıdırsa, o zaman onlara əlavə pul verilir və təqaüd “uzadılır”” , – deyə bu günlərdə Topilin “Rossiyskaya qazeta”ya etiraf edib.

RTF-nun mətbuat xidməti sığorta təqaüdündən imtina hallarını təsdiqləyib.

Yeri gəlmişkən, fond bundan əvvəll də belə hallar barədə məlumat vermişdi.

Məsələn, 2016-cı ildə Saratovun 400 sakinin yaşlılığa görə təqaüd hesablanması üçün təcrübəsi və ya təqaüd xalı çatmayıb.

Təqaüd fondundan verilən açıqlamaya görə, yaşlılığa görə təqaüd almaq üçün 3 şərti nəzərə almaq lazımdır: minimal sığorta təcrübəsi, qadınlar üçün 55 yaş, kişilər üçün 60 yaş və müəyyən məbləğdə təqaüd xalı (koeffisient).

Xalların sayı məcburi təqaüd sığortası və xidmət müddəti sisteminə köçürülən və ödənən sığorta haqqlarından asılıdır.

İki təqaüd

RTF-nin məlumatına görə, bu gün yaşlılığa görə sığorta təqaüdünün orta hesabla məbləği 14075 rubl (təqribən 247 dollar), sosial təqaüdün məbləği isə 9045 rubldur(159 dollar).

Ötən il sığorta təqaüdü almaq üçün 8 illik əmək təcrübəsi və 11,4 təqaüd balı tələb olunurdu.

2022-ci ilə qədər, aşağısı 15 illik əmək təcrübəsi və 30 təqaüd balının tələb olunacağı gözlənilir.

Rusiya qanunvericiliyinə əsasən sığorta təqaüdü vətəndaşa əmək fəaliyyəti dövründə aldığı gəlirin təzminatı üçün ödənilir.

Bundan başqa, bu, əlilliyə görə və ailə başçısı vəfat etdikdən sonra əmək qabiliyyəti olmayan ailə üzvlərinə təyin edilə bilər.

Sosial təqaüd sığorta təqaüdündən 5 il gec təyin edilir. Qadınlar sosial təqüdü 60, kişilər isə 65 yaşında ala bilərlər.

“Boz” məvacib

İşçinin əmək təcrübəsini sübut edən sənədlərin tələb olunması sərtləşməkdə davam edir.

Ekspertlər bunu 1990-cı illərdən bəri işçilərə “boz” məvacibin verilməsi tendensiyasının qorunub saxlanmasıyla izah edirlər.

“Bu, bazar iqtisadiyyatına keçidlə bağlıdır. Təsərrüfat subyektləri gah yaranır, gah da yoxa çıxır. Bununla yanaşı, işçilərə görə ödəniş etmirlər və buna uyğun olaraq onlar heç bir təsdiqlənmiş təcrübə əldə etmirlər”, – deyə “Kommersant” qəzetinə açıqlamasında iqtisad elmlər doktoru Andrey Qudkov bildirib.

Beləliklə, qəzet qeyd edir ki, ilk növbədə aşağı maaş alan işçilərin və sənət adamlarının – rəssamların, ştatdan kənar işçilərin, həmçinin qısa müddətli layihələrdə çalışanların yaşlılığa görə təqaüd almamaq təhlükələri vardır.

KassaFotonun müəllifiVİKTOR BARTENEV/TASS
Image captionEkspertlər ehtimal edirlər ki, yaxın illərdə təqaüd yaş həddi artırılacaq

İqtisad elmlər doktor Sergey Smirnovun sözlərinə görə, xal sistemi gəlirləri qanuniləşdirmək üçün növbəti cəhd olub.

Lakin bununla yanaşı, hökumət iş sahiblərinə xalların hesablanması sistemini özlərinin seçməsini təklif edir və işçilər buna tez-tez heç cürə təsir göstərə bilmirlər. Nəticədə bəzi vətəndaşlar sona qədər sığorta təqaüdünün hesablanması üçün kifayət qədər xal toplamadıqlarından xəbərsiz qala bilərlər. Smirnov “Qazeta.ru” nəşri ilə söhbətində qeyd edib.

Yaş həddi

Lakin bu gün bir çox rusiyalını gələcəkdə təqaüd üçün balların hesablanması deyil, təqaüd yaş həddinin gözlənilən artımı daha çox narahat edir.

Ölkə rəhbərliyi bu barədə hələ ki, heç bir açıqlama verməsə də, bir çox ekspert yaxın illərdə təqaüd yaş həddinin artırılacağını ehtimal edir.

Səbəblər arasında əsasən artan büdcə kəsiri və işçilərin sayının azalmasıyla təqaüdçülərin sayının kəskin surətdə artmasına gətirib çıxaran 1990-cı ilin demoqrafiya boşluğu göstərilir.

RTF-in başçısı Anton Drozdov qeyd edib ki, demoqrafiya amili qərarların qəbul edilməsində xüsusilə böyük rol oynayır.

O, həmçinin qeyd edib ki, hazırda Rusiya əmək bazarında yaşı 55-dən yuxarı qadınlar və yaşı 60-dan yuxarı olan kişilər üçün uyğun iş yerləri o qədər də çox deyil.BBC.com-azeri

BIR CAVAB BURAXIN