Rusiya Federasiya Şurasının üzvü Vadim Tülpanov Sankt-Peterburqdakı evinin hamam otağında sürüşərək yıxılıb və dünyasını dəyişib. Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, ölümə kəllə sümüyünün əsasının sınığı səbəb olub.
Tülpanov 2003-cü ildən 2011-ci ilədək Sankt-Peterburqun Qanunverici məclisinə sədrlik edib. 2011-ci ildən Rusiya parlamentinin yuxarı palatası sayılan Federsiya Şurasının üzvüdür.
Senatorun qızı – Milana Tülpanova “Zenit” futbol klunbunun hücumçusu Aleksandr Kerjakovun həyat yoldaşıdır.