Rusiyalı şərqşünasdan Azərbaycana hörmətsizlik

0
560

Rusiyalı şərqşünas Yevgeni Satanovskinin adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.
Bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Y. Satanovskinin Dağlıq Qarabağa səfəri qanunsuzdur və o, bu səfəri ilə Azərbaycanın “Dövlət sərhədi haqqında” qanununu və Miqrasiya Məcəlləsinin tələblərini pozub.
Xatırladaq ki, rusiyalı şərqşünas, Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bir həftə öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. O, Dağlıq Qarabağda qondarma rejimin nümayəndələri ilə bir sıra görüşlər keçirib.

BIR CAVAB BURAXIN