Rusiyalı ekstremal Kanadada həbs olundu

0
470

Kanadada rusiyalı esktremal Oleq Kriket həbs olunub. Şimali Amerika ölkəsinin hüquq-mühafizə orqanları sosial şəbəkələrdə yayılmış videoçarxı gördükdən sonra gəncin həbsi barədə qərar veriblər.

Virtualaz.org “RenTV” telekanalına istinadən xəbər verir ki, gənc ekstremal Toronto şəhərinin ən yüksək göydələnlərindən birinin zirvəsində ağlasığmaz hərəkətlər edərək hamını heyrətləndirib.

Mənbənin bildirdiyinə görə, Oleq Kriket artıq bir neçə ildir ki, rufinqlə məşğuldur və Rusiyada, Almaniyada, Fransada, BƏƏ-də və bir sıra digər ölkələrdə 50-dən çox göydələni “fəth edib”.

Virtualaz.org oxucularına xəbərdarlıq edir ki, videoda nümayiş olunan hərəkətlər həyat üçün son dərəcə təhlükəlidir və bunları heç bir halda təkrar etməyə çalışmayın.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 2 =