Rusiyadan Azərbaycana sərnişin daşıyan şirkətin təyyarələri yararsızmış – ŞOK QALMAQAL

0
450

Rusiyanın “Rostransnadzor” dövlət qurumu bu ölkənin “VİM-AVİA” aviasiya şirkətinin təyyarələrində texniki qüsurlar müəyyən edib. Bu texniki qüsurlar olduqca ciddidir və şirkətin əməkdaşlarının da bundan xəbəri var.

 

Məlumata görə, indiyədək şirkətin əksər təyyarələri texniki baxışdan keçməyib. Bundan başqa şirkətin bəzi banklara külli miqdarda borcu var. Girov kimi isə şirkət banklara təyyarə mühərriklərini qoyub.

 

Bir qədər əvvəl isə Privoljsk Nəqliyyat prokurorluğu “VİM-AVİA” şirkətinə məxsus uzun mənzilə uçan “Boeing 777-200ER” markalı təyyarəsinin texniki göstəricilərinin yoxlanılması barədə mütəxəssislərə müraciət edib.

 

Məlum olub ki, bu təyyarənin ADIRU bloku yararsız haldadır. ADİRU-nun açılışı Air Data/Inertial Reference Unit deməkdir. Bu blok təyyarənin “beyni” hesab edilir.

Mütəxəssislərin dediyinə görə, bu blokun qiyməti həddən artıq bahadır. Şirkət isə onu dəyişməyə tələsmir. Əksinə, nasaz təyyarələr hələ də “VİM-AVİA” tərəfindən istismar edilir.

 

“VİM-AVİA” ətrafında baş verənlərin Azərbaycana da dəxli var. Söhbət ondan gedir ki, bu şirkət Rusiyadan Gəncə və Lənkərana da sərnişin daşıyır. Hər iki reys Moskvadan, “Domodedovo” aeroportundan həyata keçirilir.. Lent.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × three =