Sərxoşluğun baş alıb getdiyi Rusiyada spirtli içkilərin deyil, siqaretin satıçının qadağan edilməsi məsələsi gündəmə gəlib.
Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yaxın illərdə ölkədə siqaretin satışının qadağan edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Belə ki, Rusiya Səhiyyə Nazirliyi tərəfindən 2019-2030-cu illərdə siqaretin satışının qadağan edilməsi ilə bağlı xüsusi konsepsiya hazırlanıb. Konsepsiyaya əsasən 2025-ci ilə kimi ölkədə siqaret çəkənlərin sayının 25 faiz azaldılması, 2040-2050-ci illərdə isə minimuma endirilməsi nəzərdə tutulub. Buna paralel olaraq Rusiyada siqaretin satışının mərhələ-mərhələ qadağan edilməsi də planlaşdırılıb.
Xatırladaq ki, hazırda Rusiyada rəsmi şəkildə 40 milyon nəfərin siqaret çəkdiyi bildirilir. Ancaq qeyri-rəsmi məlumatlara görə Rusiyada əhalinin 70-75 faizi siqaret çəkir. Bu isə rəsmi rəqəmlərdə göstərildiyindən təxminən iki dəfə çoxdur.