Rusiyada pensiyaya çıxmaq ərəfəsində olan şəxslərin işdən azad edilməsi qadağan edilib

0
294

Rusiya Dövlət Duması Rusiyada təqaüdə çıxmaq ərəfəsində olan şəxsləri sevindirən qanun qəbul edib.

Mediainfo.az-ın  Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qanuna əsasən ölkədəki hər hansı bir müəssisə, özəl şirkət və ya dövlət qurumu təqaüd yaşı ərəfəsində olan, daha dəqiq desək təqaüdə çıxmağa 5 ili qalan vətəndaşları işdən çıxara və ya cəzalandıra bilməz.  Bu qanunu  pozanlara qarşı isə sərt tədbirlərin həyata keçirilməsi, 200 min rubl cərimə və ya 360 saat məcburi əməyə cəlb edilməsi nəzərdə tutulub.

Qanunda  təqaüdə çıxacaq qadınlara münasibətdə bəzi güzəştlər də edilib. Belə ki, qanun layihəsində əvvəlcə qadınların 63 yaşda təqaüdə çıxması nəzərdə tutulmuşdu. Lakin ölkədə bununla bağlı narazılıqların artmasını görən prezident Putin qadınların 60 yaşda təqaüdə çıxmasının məqsədəuyğun olması barədə göstəriş verib. Onun bu təklifi qəbul edilib. Lakin kişilərın 65 yaşda təqaüdə çıxması məsələsində geriyə addım atılmayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 + thirteen =