Rusiyada ötən il 617 minn nəfər onkoloji xəstə qeydə alınıb

0
706

Ötən il Rusiyada 617 min nəfər onkoloji xəstə qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 20 min nəfər çoxdur.

Arazinfo.com-un  TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə nazirliyinin Milli tibbi tədqiqatlar üzrə radioloji mərkəzinin saytında yayılan məlumatda deyilir: “2018-ci ildə dünyada 18 milyon insan xərçəng xəstəliyinə tutulub. Onlardan 9,6 milyonu ölüb”.

Məsələyə münasibət bildirən Rusiyanın Baş onkoloqu Andrey Kaprin deyib ki, onkoloji xəstəliklərin sayının artmasına səbəb onun vaxtında üzə çıxarılmaması, qeyri-sağlam iş şəraiti, tərkibi insan orqanizmi üçün zərərli olan kimyəvi qatışıqlardan hazırlanan ərzaq məhsullarıdır. Karpin hazırda Rusiyada,3,63 milyopn insanın onkoloji qeydiyyatda dayandığını deyib.