Rusiyada kişilər Avropada və Amerikada olduğundan az işləyir

0
353

 

Rusiya Ali İqtisadiyyat Məktəbinin apardığı araşdırmalara görə, ölkədəki kişilər avropalı həmkarlarına nisbətən tənbəldirlər.

Arazinfo.com-in  Rossiyskaya qazetaya istinadən verdiyi məlumata görə, Rusiyada kişilərin əmək stajının müddəti 33,8 il təşkil edir. Müqayisə üçün deyək ki, hollandlar 42,8 il, amerikalılar isə 40 il işləyir. Yaponlar isə 45,2 il əmək fəaliyyəti ilə məşğul olurlar.

Rusiyada qadınların iş stajı isə orta dünya göstəricisindən geri qalmır. Onların əmək stajının müddəti 32,1 ildir. İspan, fransız və amerikalı qadınlar də təxminən 32 il əmək fəaliyyəti ilə məşğul olurlar. Avropada ən şox işləyən isveçlı qadınlardır. Onlar orta hesabla ömürlərinin 40 ilini işdə keçirirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × four =