Rusiyada çörəyin qiyməti 8-12 faiz bahalaşıb

0
620

Rusiyada çörəyin qiyməti 8-12 faiz bahalaşıb.

Mediainfo.az-ın Kommersant qəzetinə istinadən verdiyi məlumata görə, Krasnoyarskdakı iki iri un kombinatı satışa buraxdıqları çörəyin və un məmulatlarının qiymətlərini 8-12 faiz qaldırdıqlarını bildiriblər. Un kombinatı sahibləri bunun səbəbini vergilərin artırılması, benzin və digər yanacaq növlərinin bahalaşması, həmçinin rublun devalvasiyasının davam etməsi ilə əlaqələndiriblər. Xatırladaq ki, Rusiyada çörəyin qiyməti sonuncu dəfə 2016-cı ildə 5-10 faiz artıb.

 

 

BIR CAVAB BURAXIN