Rusiyada 767 min azərbaycanlı miqrant var

0
382

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentinin (DESA) araşdırmalarına görə, 2000-ci ildən sonra dünya üzrə miqrantların sayı 49% artaraq 258 milyon nəfərə çatıb. Yeniavaz.com BMT-nin açıqladığı hesabata istinadən bildirir ki, Yer üzündə yaşayan insanların 3,4% -i miqrantlardır, yəni onlar doğulduğu ölkələrdə yaşamırlar. Qeyd edək ki, bu göstərici 2000-ci ildə 2,8%-ə bərabər olub. Hesabatda bildirilir ki, Şimali Amerikada yaşayan insanların 42% -ni miqrantlar təşkil edib.

Miqrantların təxminən 64% -i ya da 165 milyon nəfər inkişaf etmiş ölkələrdə yaşayırlar. Miqrantların 26 milyonu qaçqın hesab olunur. Ümumi miqrantların 2/3-si 20 ölkədə yaşayır. Ən çox miqrantın yaşadığı ölkə ABŞ hesab olunur. ABŞ-da dünyadakı ümumi miqrantların 19%-i və 49,8 milyonu yaşamaqdadır.

Bundan başqa 12 milyon miqrant Almaniyada, 11,6 milyon miqrant Rusiyada, 10,2 milyon miqrant Səudiyyə Ərəbistanında, 8,5 milyon miqrant Böyük Britaniyada, 7,8 milyon miqrant Kanadada, 7,8 milyon miqrant isə Fransada yaşamaqdadır.

Azərbaycanlı miqrantların ən çox yaşadığı ölkə isə Rusiya hesab olunur. Rusiyada 767 min azərbaycanlının yaşadığı bildirilir. Rusiyada yaşayan miqrantların sıralamasında azərbaycanlı miqrantlar say baxımından 4-cü sırada qərarlaşıb. Hazırda Rusiyada ən çox Ukraynadan olan miqrantlar məskunlaşıb. Onların sayı 3 milyon 270 min nəfər olub. İkinci sırada 2 milyon 560 min nəfərlə Qazaxıstan qərarlaşıb. Üçüncü sırada yer alan Özbəkistandan Rusiyaya 1 milyon 146 min nəfər miqrant gəlib. Azərbaycandan sonra 5-ci sırada 764 min nəfər miqrantla Belarus qərarlaşıb. Növbəti yerlərdə 591 min miqrantla Qırğızıstan, 527 min miqrantla Ermənistan, 446 min miqrantla Tacikistan, 294 min miqrantla Moldova və 142 min miqrantla Almaniya yer alıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 − 16 =