Rusiya XİN: Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammit keçiriləcək

0
517

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə edib.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

 

Məlumatda bildirilir ki, görüş fransalı səfirin istəyi ilə baş tutub. GörüşdəATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryu da iştirak edib.

 

Görüşdə Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyət müzakirə edilib.

BIR CAVAB BURAXIN