Rusiya və Belarus qazın qiyməti məsələsində razılığa gələ bilmədilər

0
246

Rusiya və Belarus prezidentləri arasında keşirilən görüşdə qaz alqı-satqısı barədə razılıq əldə edilməyib.

Mediainfo.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, prezidentlər Putinlə Lukaşenko arasında 4 saat davam edən danışıqlarda Rusiyanın Belarusa satdığı qazın yeni qiyməti barədə ortaq məxrəgə gəlmək mümkün olmayıb.  Bununla bağlı məlumat verən Lukaşenkonun mətbuat katibi Natalya Eysmont deyib ki, qazın yeni qiyməti barədə məsləhətləşmələr davam etdiriləcək.