Rusiya 2017-ci ildə silah satışı üzrə dünyada ikinci yerə çıxıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Stokholmdakı Dünya Problemlərinin Təqdqiqatı üzrə Beynəlxalq İnstitutun (DPTBİ) hesabatında deyilir. Hesabatda qeyd edilir ki, Rusiya şirkətləri ötən il silah satışını 8,5 faiz artırıblar. Rusiyanın ən böyük hərbi-sənaye kompleksi olan “Almaz-Antey” silah satışını xeyli artıraraq 13-cü yerdən 10-cu yerə yüksəlib.
Dünya bazarında silah satışına görə isə ABŞ liderlik edir. Belə ki, dünya bazarında satılan bütün silahın 57 faizi ABŞ-ın payına düşür.