Rusiya Putin və Trampın görüşünün keçirilməsini müzakirə etməyə hazırdır

0
579

Rusiya Xarici İşlər Nazirliyi prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüşün keçirilməsini müzakirə etməyə hazırdır.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin rəhbəri Georgi Borisenko deyib: “Əgər Amerika tərəfi maraq göstərsə biz prezidentlər Putin və Tramp arasında görüş keçirilməsini müzakirə etməyə hazırıq”.

Onun sözlərinə görə, iki ölkə prezidentləri arasında görüş gələn ayın 11-də Parisdə keçirilməsi nəzərdə tutulan I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr edilən bayram tədbirində baş tuta bilər.

 

 

 

 

BIR CAVAB BURAXIN