Rusiya prezidenti Vladimir Putinin gizli saxladığı – İNANILMAZ SƏRVƏTİ

0
622

Rusiya prezidenti Vladimir Putinin dünyanın ən varlı adamından biri olduğu barədə iddialar aktuallığını qoruyur. Ans press-in məlumatına görə, Putinin 70 milyard dollarlıq gizli bir sərvəti olduğu bildirilir.

Son günlər yaşanan bu hadisələr Vladimir Putin barədə olan iddiaları təkrarən gündəmə gətirib. “Celebritynetworth” adlı internet saytı Rusiya prezidentinin təxminən 70 milyard dollar sərvəti olduğunu yazıb. Bu iddia Putini “Microsoft”un qurucusu Bill Qeytsdənsonra dünyanın ən varlı ikinci adamı olması mövqeyinə gətirir. Dünyanın ən zəngin adamı sayilan Bill Qeytsin 79 milyard dolları var.

Atası hərbçi, anası fabrika işçisi olan Putinin “Gazprom”da pay sahibi olduğu qeyd olunur.“Gazprom”un illik gəliri 100 milyard dollar olduğundan Putinin buradan milyonlarla dollar gəlir əldə etdiyi vurğulanır. Eyni zamanda onun “Surgutneftegas” adlı enerji şirkətinin yarısına sahib olduğu deyilir. Putinin yatırımları təkcə Rusyada deyil xarici ölkələridə əhatə edir. Rusiya liderinin İsveçrənin neft şirkəti olan “Guvnor”da da pay sahibi olduğu bildirilir.

Putinin barmağında üzük peyda oldu

Putinin həmçinin lüks bahalı saatlara həvəskar olduğu bilinir. Onun taxdığı “Philippe Patek” markalı saatlardan ibarət kolleksiyanın dəyərinin 700 min dollar olduğu bildirilir. Rusiya liderinin ölkə ərazisində 20 dən çox villasının olduğu bildirilir. Bunların içində bir neçə tarixi qala olduğu iddialar arasındadır. Rəsmi qeydlərə görə, illik qazancı 187 min dollar olan Putinin 500 min dollarlıq sərvəti var.

“Putin NATO”sunun generalları İrəvanda toplaşır

Ötən il Rusiyanın ən böyük xarici sərmayəçilərindən olan “Hedge fondu”un idarə heyətinin rəhbəri Bill Brovder Rusiya prezidentinin 200 milyard dollar sərvəti olduğunu iddia etmişdi. Onun fikrincə, dünyaya meydan oxuyan Putin dünyanın ən zəngin insanıdır. Brovder Putinin 1999-cu ildə baş nazir, 2000-ci ildə prezident olmasından sonra oğurlaya bildiyi qədər pul oğurladığını iddia edib.

BIR CAVAB BURAXIN