“Rusiya nə vaxt Qarabağdan çıxsa sakitlik yaranacaq”- “Ora da FTX nəzarət edir…”

0
596

171821_res_01

 

 

 

 

 

 

Qarabağ və postsovet məkanındakı bütün separatçı regionlar Kremlin icadıdır. Bu sözləri nüfuzlu gürcü analitiki və jurnalisti, Dövlət İlya Universitetinin professoru Oleq Panfilov deyib.
Panfilov Ukrayna mətbuatına müsahibəsində bildirib ki, bütün bu münaqişələr keçmiş sovet respublikalarını qarmağa keçirmək və onlara Moskvanın təsir dairəsindən çıxmamaq üçün hazırlanıb. “Əlbətdə, Abxaziyada, Qarabağda, Dnestryanı bölgədə münaqişələr üçün tarixi zəmin də mövcud olub. Gürcülərlə abxazlar arasında etnik gərginlik hələ 70-ci illərdən var idi. Dnestryanı bölgədə də belə olub”-Panfilov deyib.

Onun sözlərinə görə, Qarabağda situasiya ondan asılı olacaq ki, Moskva bu münaqişəni nizamlamaq istəyir, ya yox. Panfilov hesab edir ki, hazırda Moskvanın belə niyyəti yoxdur. “Qarabağda rus qoşunları yoxdur. Ancaq Qarabağ müharibəsi təzə başlayanda bu, muzdluların müharibəsi idi. Ukraynalı və rus təyyarəçilər Azərbaycan aerportlarından qalxıb Stepanakerti (Xankəndi) bombalamağa uçurdu, orada isə onlara yerdən rus zenitçilər atəş açırdı. İndi situasiya başqadır. Lakin Qarabağa son hesabda Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət olunur. Rusiya nə vaxt oradan çıxsa Qarabağ da onda sakitləşəcək”-gürcü jurnalist bildirib.

Oleq Panfilovun fikrincə, bu məsələdə tarixi xüsusiyyət də var. Son 200 ildə ermənilər Rusiya siyasəti ilə bağlı olublar. Ona görə də erməni cəmiyyətinin içərisindən Rusiyaya qarşı olan adamların çıxmasını izləmək maraqlıdır:“Erməni cəmiyyətinin bir hissəsi başa düşür ki, Kremllə ittifaq gec-tez dalana aparıb çıxaracaq”.

Panfilova görə operativ planda Rusiyaya Cənubi Qafqazda Gürcüstan lazımdır. Çünki bu, bütün Cənubi Qafqazı tutmaq üçün əlverişli platformadır. “Tarixdə bu yaşanıb. 19-cu əsrdə ruslar Fars və Osmanlı imperiyalarına qarşı müharibə üçün Gürcüstanda nəhəng baza yaratmışdılar”-Panfilov qeyd edib.

Virtualaz.org

BIR CAVAB BURAXIN