Rusiya İsrailin hava məkanını nəzarətdə saxlayacaq

0
253

Rusiya İsrailin hava məkanındakı bütün uçuşları izləyəcək və ona uyğun olaraq da müvafiq addımlar atacaq.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə TASS agentliyinə müsahibəsində Rusiyadakı “Radioelektron texnologiyaları” konserninin baş direktorunun müavini Vladimir Mixeyev deyib. Onun sözlərinə görə, bu məqsədlə Suriyada əlavə olaraq müasir radioelektron izləmə sistemləri yerləşdiriləcək: “Bu texniki vasitələr vahid idarəetmə sistemində birləşdiriləcək və biz İsraildəki aerodromlardan təyyarənin qalxmasını və hansı istiqamətə getməsini dərhal müəyyən edəcək və onu uçuşboyu nəzarətdə saxlayacağıq. Vəziyyətdən asılı olaraq biz nəzarətdə olan hava obyektini zərərsizləşdirmək üçün radio-elektron vasitələri hərəkətə gətirəcəyik”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen − six =