Rusiya İŞİD düşərgəsini bombaladı  

0
611
Rusiyaya növbəti dəfə İŞİD mövqelərini bombalayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya məxsus Tu-22M3 qırıcıları Suriyanın şimal-şərqində İŞİD-ə növbəti aviazərbələrini endirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu dəfə də terrorçulara aid sığınacaqlar, qərargahlar və istinadgahlar məhv edilib.

Hava zərbələri zamanı Tu-22-lərin təhlükəsizliyi Su-30 və Su-35-lər tərəfindən təmin edilib.

Əməliyyatı uğurla icra edən qırıcılar Hmeymim aviabazasına qayıdıblar.

BIR CAVAB BURAXIN