Rusiya heç vaxt Azərbaycanın dostu olmayıb

0
565

“Moskvanın bu gün Azərbaycanın yanında olduğuna dəlalət edən heç bir işarət yoxdur”.

“Bizi inandırmağa çalışırlar ki, Rusiya Azərbaycanın dostu, hətta qardaşıdır. Hətta tarixdə Rusiya imperiyasının, ardınca SSRİ-nin və müstəqil Rusiyanın Azərbaycan torpaqlarını parça-parça necə Ermənistana ötürdüyünü, azərbaycanlıların Ermənistandan köçürülməsinə dəstək verdiklərini, nəhayət Dağlıq Qarabağın separatçıların əlinə keçirilməsi üçün canfəşanlığını unutsaq belə, iddia edildiyi kimi, Moskvanın bu gün Azərbaycanın yanında olduğuna dəlalət edən heç bir işarət yoxdur”.

Arazinfo.com Azadinform-a istinadən xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib. Politoloq bir qrup rusiyalı ekspertin Rusiyanın Azərbaycanın yanında olduğunu iddia etdiyini qeyd edib, onların Cocuq Mərcanlıya səfər edərək Azərbaycanın lehinə açıqlamalar verdiklərini xatırladıb: “Sağ olsunlar, heç olmasa, Moskvada bizim də sözümüzü deyənlər tapılıb, içərilərində deputatlar da var. Ancaq elə onlardan biri Cocuq Mərcanlıda etirafını da dilə gətirib – “Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur”. Yalnız KİV-mi? Kremldə və Rusiya Xarici İşlər Nazirliyində də güclər nisbətinin Azərbaycanın lehinə dəyişdiyini söyləmək tezdir. Ancaq bu o demək deyil ki, bu mərkəzlərlə iş aparılmamalıdır. Bütün hallarda, rusiyalı ekspertlərin və deputatların Lələ Təpəyə və Cocuq Mərcanlıya gəlmələrini pozitiv qiymətləndirirəm. Amerikalıları və avropalıları da həmin yerlərə gətirmək lazımdır”.

BIR CAVAB BURAXIN