Rusiya dəhşətli silahlarını nümayiş etdirəcək

0
516

Rusiya 9 Mayla bağlı keçirəcəyi “Qələbə” paradında ilk dəfə olaraq bütün dünyanın maraqla gözlədiyi hipersəs sürətli “Kinjal” (“Xəncər”-red) raketlərini nümayiş etdirəcək.

Bu raketlə yanaşı paradda Rusiya silahlı qüvvələrinin ən yeni silahlarının nümayiş etdirilməsi gözlənilir.

Moskvada keçiriləcək paradda yeni SU-30SM və MiQ-29SMT qırıcıları ilə yanaşı  beşinci nəsil qırıcılardan SU-57 qırıcısı da iştirak edəcək.

 

Qeyd etmək lazımdır ki, paradda nümayiş etdiriləcək “Kinjal” hipersəs raketlərinin Qərbin və ümumilikdə bütün dünyanın marağına səbəb olması, bu raketlərin müasir müdafiə sistemlərini lazımsız suvenirlərə çevirməsi ilə əlaqədardır.

 

Raket səs sürəti ilə hərəkət etdiyi üçün bütün raketdən müdafiə sistemləri tərəfindən qeydə alınsa da  yaxalana bilmir. Raket həmçinin iki min kilometrlik məsafəyə zamanətli şəkildə nüvə başlıqlarını çatdıra bilir. Bu raketlər həmçinin düşmənin təyyarə daşıyıcılarını, dağıdıcı gəmilərini asanlıqla məhv edə bilər. Bu da onu mükəmməl bir məhv edici vasitəyə çevirir.

 

Xatırladaq ki, “Kinjal” raketləri ötən ilin dekabrında Rusiyanın Cənub Dairəsində eksperimental-döyüş növbətçiliyinə başlayıb.

 

“Ümumilikdə mexanikləşdirilmiş kolonda Rusiya ordusunun müasir görünüşünü müəyyən edən 190-dan çox qabaqcıl texnologiya nümunəsi nümayiş olunacaq”- Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

 

Qeyd edək ki, Rusiya prezidenti Valdimir Putinin bu ilin mart ayında Federal Məclisə müraciəti zamanı  ölkəsinin fantastik silahlara malik olduğunu demişdi.(Modern.az)

BIR CAVAB BURAXIN