Rusiya casusu: Kreml AB-ni belə parçalayır

0
567

Macarıstan hazırda Avropa Birliyində Kremlə ən yaxın olan dövlətdir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında macar politoloq Peter Kreko söyləyib.

“Krımın anneksiyası anından bu yana Avropa liderlərindən heç kim Vladimir Putinlə Macarıstan Baş naziri Viktor Orban qədər görüş keçirməyib. Macarıstanda həmçinin hökumətin və ona yaxın olan oliqarxların əlindəki KİV-lər Rusiya dezinformasiyalarının ideyalarını yayırlar. Rusiyanın dezinformasiya yayan saytları praktik olaraq heç vaxt Orban və hökuməti haqqında pis heç nə yazmırlar. Ona görə ki, Orban onların düşməni yox, müttəfiqidir. Orban hər şeyi incəliyinə qədər nəzərə alıb. Qərb batan Titanikdir. Macarıstan zamanında anlayıb ki, onu tərk etmək və başqa gəmiyə, yəni Rusiya gəmisinə oturmaq lazımdır. Bu oyunu Orban çox yaxşı oynayır. O, ağıllı populistdir”, – deyə o bildirib.

Qeyd edək ki, son zamanlar Rusiya-Macarıstan münasibətləri inkişaf edib. Miqrasiya böhranı ucbatından isə Budapeştin Brüssellə əlaqələri pisləşib. Budapeşt müsəlman qaçqınları Avropa mədəniyyətinə vurulmuş zərbə hesab edir.

BIR CAVAB BURAXIN