Rusiya bu üç ölkədə münaqişə hazırlayır

0
352

Rusiya Belarus və Qazaxıstanda münaqişələr hazırlayır. Moskvaya yeni “qeyri-sabit” ölkələr lazımdır”.

 

Bunu “Espresso” nəşrinə müsahibəsində Üçtərəfli əlaqə qrupunun siyasi yarımqrupunda Ukraynanın keçmiş nümayəndəsi Roman Bezsmertnıy bildirib.

 

“Belorusda Qrodnensk və Brest qərb dünyası kimi təqdim edilir, çünki onlar katoliklərdir. Şərqdəki Homelski, Vitebsk və Minsk “rus dünyası” kimi təqdim edilir və orada tez-tez “rus dünyası” vərəqələri meydana çıxır”, – diplomat qeyd edib.

 

Onun sözlərinə görə, Qazaxıstanda vəziyyətdən daha pisdir, çünki şimal ərazilərdə rusdilli vətəndaşlar üstünlük təşkil edir: “Bildirilir ki, Kreml onsuz da vəziyyəti yırğalamağa çalışacaq. Bu haqda Belarus və Qazaxıstanın özündə də artıq çoxdan danışırlar. Putinə qeyri-sabitlik lazımdır. Qazaxıstanda vəziyyətin gərginləşdirilməsi, Özbəkistan, Belarus və Ukraynada müharibə Kremlin səhmlərini qaldırır. Kreml bununla da hamıya lazımlı olur”.

 

Roman Bezsmertnıy daha əvvəl bildirib ki, Rusiyanın təcavüzü halında Belarus ordusu müqavimət göstərməyəcək.

Publika.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 5 =