Rusiya Azərbaycanla əlaqələrində “gözəl qız” siyasətini işə salır

0
652

Rusiya Dumasının sədri Vyaçeslav Volodin öz müavinləri arasında öhdəliklərinin bölüşdürülməsi haqqında əmr imzalayıb.

RBK agentliyi Volodinin Avstriya, Almaniya, İspaniya, İtaliya və Azərbaycanla əlaqələrin kurasiyasını vitse-spiker İrina Yarovaya həvalə edib. Kanada, BRİKS, ÜTT, BVF və BMT ilə əlaqələr isə Vahid Rusiya Partiyasından olan vitse-spiker Aleksandr Jukova tapşırılıb.

Spikerin digər müavini Kommunist Partiyasından olan deputat İvan Melnikova Çin, Kuba, Şimali Koreya, Vyetnam, Hindistan, Liberal Demokrat Partiyasının üzvü olan İqor Lebedevə isə Baltikyanı ölkələr, Benilüks konfederasiyası, Bolqarıstan, Argentina və Gürcüstanla əlaqələr tapşırılıb.

Vahid Rusiya Partiyasının parlamentdəki fraksiyasının lideri Sergey Neverova Volodin Türkiyə, Qazaxıstan, Səudiyyə Ərəbistanı ilə münasibətləri tapşırıb.

Qeyd edək ki, Yarova Rusiya siyasətində ziddiyyətli şəxslərdən biri kimi tanınır. O, əvvəllər Yabloko Partiyasının üzvü olub və hakimiyyətə qarşı sərt çıxışları ilə seçilib. Sonradan Yarova hakim Vahid Rusiya Partiyası sıralarına keçib və müxalifətə qarşı ən sərt təhqirləri işlədib.

Yarova həmçinin Rusiyada rezonans yaradan qanun layihələrinin müəllifi sayılır. Onun təqdim etdiyi qanun layihələri sırasında mitinq keçirilməsi qaydalarının və miqrasiya qanununun sərtləşdirilməsi, xarici casus statusunun qeyri-kommersiya təşkilatları tərəfindən alınmasının məcburiləşdirilməsi olub.axar.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 + four =