Rusiya artileriyaçıları Ermənistanda 20 hərbi təlim keçirib

0
426

 

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102 saylı hərbi bazasının artilleriyaçıları 2016-cı ildə 20-dən artıq təlimlərdə iştirak ediblər. “Yeniavaz.com” Ermənistanın “panarmenian.net” saytına istinadən bildirir ki, rus artileriyaçıları dəniz səviyyəsindən 2000 metr hündürlükdə onlar düşmən hədəflərini məhv etmək üçün 300 atış tapşırığını həyata keçiriblər. Hərbi təlimlərdə həmçinin həmçinin motoatıcı birləşmələr və pilotsuz təyyarələr də iştirak ediblər. Xatırladaq ki, Rusiyanın Gümrüdəki hərbi 3RK S-300V, Buk-M1-2 hava hücumundan müdafiə sistemləri, qırıcı MiQ-29 təyyarələri, Mi-8MT vertolyotları və digər hərbi texnika yerləşdirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three + 15 =