‘Rusiya ABŞ-a cavab verməyə məcburdur’

0
574

11

ABŞ Rusiyanı Kalininqrada yeni silah yerləşdirməməyə çağırıb. Dünən – noyabrın 21-də Kremlə yaxın deputatlardan biri Kalininqrada əlavə silah yerləşdiriləcəyini deyib. Rusiya parlamentinin yuxarı palatasının müdafiə komitəsinin rəhbəri Viktor OzerovRIA xəbər agentliyinə müsahibəsində bildirib ki, Moskva Kalininqrada S-400 raketləri və nüvə qabiliyyətli «Iskander» sistemləri göndərir və bununla NATO-nun bölgəyə yeni qüvvə göndərməsinə cavab verir.

MOSKVA ŞƏRQİ AVROPADA MÖHKƏMLƏNƏCƏK?

ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby yeni qurğuların Avropanın təhlükəsizliyini pozduğunu söyləyib. Onun sözlərinə görə, Rusiya yalnız Avropada fövqəladə vəziyyət olduğu halda Kalininqrada belə silah göndərəcəyinə söz vermişdi, indi də buna səbəb ola biləcək heç nə baş verməyib.

«Reuters» agentliyi yazır ki, Rusiyanin Kalininqrada raket yerləşdirməsi təzə xəbər deyil, amma indiyə qədər Moskva bunun adi təlim prosesinin bir hissəsi olduğunu deyirdi. İndi isə NATO-nun Rusiyanın qərb sərhədlərində möhkəmlənməsinə cavab tədbiri görüldüyü rəsmən elan edilir.

Kremllə isti münasibətləri dəstəklədiyini deyən, üstəlik, NATO-dakı müttəfiqlərini müdafiə etmək niyyətində olmadığını bildirən D.Trump-ın ABŞ prezidenti seçilməsi, bəzi analitiklərin fikrincə, Moskvanın Şərqi Avropada möhkəmlənməsinə gətirəcək.

V.Putin hərbi təlimləri izləyir.

V.Putin hərbi təlimləri izləyir.

«TƏHLÜKƏYƏ CAVAB VERİRİK»

RIA agentliyinə müsahibəsində Viktor Ozerov deyib ki, Rusiya ABŞ-ın Şərqi Avropada planladığı raket qalxanına cavab verməyə məcburdur: «Biz təhlükəyə hay verərək…əlavə qüvvə göndərməli oluruq…».

V.Ozerov Rusiyanın hərbi hava qüvvələrini möhkəmləndirdiyini, ABŞ-ın Avropadakı havadan müdafiə sistemlərinə üstün gəlmək yönündə iş gördüyünü, yeni, müasir raket sistemləri yaratdığını da etiraf edib.

Rusiya Müdafiə Nazirliyi «Reuters»in məsələylə bağlı suallarına cavab verməyib. Amma agentlik Rusiya prezidenti Vladimir Putin-in ABŞ qüvvələrindən gələn təhlükəyə ölkənin necə cavab verməli olduğu haqda danışdığını xatırladır. «NATO-nun genişlənməsinə niyə bu qədər emosional reaksiya veririk? NATO-nun qərarları bizi narahat edir. Neyləməliyik? Cavab tədbirləri görməliyik. Raket sistemlərimizi bizi təhlükə altında qoya biləcək vasitələrə tuşlamalıyıq». Putin yerli telekanallara müsahibəsində belə deyib.

Azadliq.org

BIR CAVAB BURAXIN