Rus terrorçu: “Tezliklə məni də öldürəcəklər”

0
552


 

Donbasda komandirlərin öldürülməsində Ukrayna diversiya kəşfiyyat qrupları ilə yanaşı, ruslar da iştirak edirlər.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında qondarma Donetsk Xalq Respublikasının keçmiş Müdafiə naziri İqor Strelkov söyləyib.

“Tezliklə mənim də ölüm xəbərimi bayram edəcəklər. Hələ də sağ olduğuma görə təəccüb edirəm. Mən realistəm və hər şeyi yaxşı anlayıram”, – o bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Givi ləqəbli məşhur terrorçu Mixail Tolstıx partladılaraq öldürülüb. Qətlin kimlər tərəfindən törədildiyi bilinmir. Givinin ölümü Donbasda Ukrayna əleyhinə döyüşmüş şəxslərin ilk məhv edildiyi hal deyil. Belə ki, indiyə qədər separatçıların ən məşhur komandirləri Donbas müharibəsinin aktiv fazası başa çatdıqdan sonra ya ölü tapılıb, ya da terakt nəticəsində qətlə yetiriliblər. Məhv edilənlər sırasında Arsen Pavlov (Motorola), Pavel Dremov, Aleksey Mozqovoy (Ruh), Armen Baqiryan (Baqqi), Aleksandr Bednov (Betmen) və Pervomaysk şəhərinin eks-rəhbəri Yevgeni İşşenko da olub.

 

BIR CAVAB BURAXIN