Rus politoloq Lapşin haqda: “Oğru türmədə yatmalıdır”

0
506


 

Aleksandr Lapşinin etdiyi təkcə Rusiya və Azərbaycan qanunvericiliyi deyil, beynəlxalq normaların da açıq-aşkar pozulması idi.

Bu sözləri politoloq Oleq Kuznetsov Axar.az-ın Lapşinin ekstradisiyasının siyasiləşdirilməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Lapşinin işi Azərbaycan tərəfindən birbaşa İnterpola verilmişdi. İnterpol isə cinayətkar haqda kifayət qədər hüquqi əsaslı faktlar olmasa, axtarış elan etmir.

Əgər beynəlxalq strukturlar faktlar əsasında sözügedən şəxsi cinayətkar elan edib, axtarışa veribsə, burda artıq sözə ehtiyac yoxdur.

Mən Lapşinin sosial şəbəkələrdəki paylaşımlarını görmüşəm. O, cinayət etdiyini bilirdi, bununla fəxr edirdi. O cinayətkardır.

“Görüş yerini dəyişmək olmaz” filminin personajı Qlebin dediyi kimi: “Oğru türmədə yatmalıdır”. Odur ki, cinayət törədən öz cəzasını çəkməlidir və etdiyi əməllərə görə hüquq müstəvisində cavab verməlidir. Burda qeyri-adi heç nə yoxdur.

Məsələyə siyasi don geyindirilməsi isə heç də təəccüb doğurmadı. Hər kəsə məlumdur ki, Lapşin erməni tərəfinin dəstəyi ilə Azərbaycan torpaqları, hökuməti ilə məzələnirdi . İndi sifarişçilər bütün bu olanlara siyasi don geyindirmək üçün əllərindən gələni edir.

O, öz sosial şəbəkə paylaşımlarından birində yazmışdı: “Azərbaycanın XİN siyahısında on beşinci yerdəyəm, indi nömrə bir olmaq istəyirəm”. Bəli, o istədiyinə nail oldu. Azərbaycanın sərhədlərini qeyri-qanuni yolla, ərazi bütövlüyünü tanımadan keçərək cəzalandırılan ilk insan olaraq tarixə düşəcək.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × two =