Rumıniyada müsəlman qadın baş nazir ola bilər

0
539

Rumıniyada çox az tanınan regional inkişaf naziri baş nazir ola bilər. Lakin bundan da gözlənilməzi onun qadın və müsəlman olmasıdır.

Rumıniya mediası yazır ki, ölkənin azsaylı müsəlman icmasından çıxmış Sevil Shhaideh həm də Rumıniyanın tarixində ilk qadın baş nazir olacaq.

Müsəlmanlar Rumıniya əhalisinin 0, 3 faizini təşkil edirlər.

Sosial-Demokrat Partiyasının üzvü olan 52 yaşlı Shhaideh-nin təyinatını prezident Klaus Iohannis və parlament təsdiq etməlidir.

Sosial-demokratlar dekabrın 11-də keçirilmiş parlament seçkisində uğur qazansalar da, bu qələbə kiçik səs fərqi ilə mümkün olub və buna görə də onlar hökumət kabinetini kiçik liberal ALDE partiyası ilə koalisiyada quracaqlar.

Deyilənlərə görə əsl hakimiyyət müsəlman icmasından Liviu Dragnea-da olacaq

Deyilənlərə görə əsl hakimiyyət müsəlman icmasından Liviu Dragnea-da olacaq

SDP-nin lideri Liviu Dragnea seçki manipulyasiyasında ittiham edildiyinə görə baş nazir ola bilməyəcək.

Rumıniya qanunlarına görə cinayət məsuliyyəti olan şəxs yüksək dövlət və hökumət postu tuta bilməz.

Buna baxmayaraq Dragnea deyib ki, siyasi idarəetmə və məsuliyyət onun üzərində olacaq.

Belə söhbətlər də dolaşır ki, Dragnea tezliklə qanunvericilikdə dəyişikliyə nail olaraq baş nazir postuna yiyəlməyə çalışacaq.

Seçkidən əvvəl bütün partiyalar müstəqil namizəd, artıq bir ildir baş nazir vəzifəsini icra edən Dacian Ciolos-u dəstəkləyirdilər.

Ailəliklə yaxın

Dragnea da Shhaideh kimi ölkənin müsəlman icmasındadır və bu iki siyasətçinin ailəliklə yaxın olduqları bildirilir.

Dragnea Shhaideh-in nikahı bağlanarkən onun şahidi olub.Xanım Shhaideh-in əri Suriyada doğulub və uzun müddət Rumıniya Kənd Təsərrüfatı Nazirliyində vəzifədə olub.

Rumıniyanın tanınmış politoloqlarından Sergiu Miscoiu deyib ki, Sevil Shhaideh-in baş nazirliyi bir növ formal olacaq, çünki bütün siyasi qərarlar Dragnea səviyyəsində qəbul ediləcək.

Məhz buna görə də Dragnea cinayət məsuliyyətinə baxmayaraq partiyadakı liderliyini əldən buraxmır.

O prezident Traian Basescu-nun impiçmentinə dair referendumda nüfuzundan sui-istifadə etdiyinə görə iki il şərti həbs cəzası alıb.

BIR CAVAB BURAXIN